Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon döyüş Şöhrəti muzeyin şagirdlər ziyarət etdilər

30.04.2021

30. 04.2021 ci il tarixdə, Samir Abdinov adına Zəngişalı kənd orta məktəbinin 8-ci və 9-cu sinif şagirdləri, məktəbin biologiya müəlliməsi Nərgiz müəllimənin rəhbərliyi  ilə, Rahib Məmmədov adına Döyüş Şöhrəti muzeyinə ziyarətə gəldilər.

Muzeydə, məktəblilərə Rahib Məmmədovun qəhrəmanlığından, qəhrəmana aid olan eksponatlardan danışıldı.1-ci Qarabağ müharibəsində Vətən uğrunda canından keçən şəhidlərimiz və onlara aid olan şəxsi eksponatlar haqqında geniş məlumat verildi.

44 günlük Vətən müharibəsində şəhid olan 51 nəfər Ağdamlı şəhid haqqında və mənfur düşmənlərimizin yaşayış məntəqələrimizə atdığı mərmilər və qadağan olunmuş silahlar haqqında geniş məlumat verildi. Məktəblilər ayrı-ayrılıqda muzeyin rəy kitabına öz ürək sözlərin qeyd etdilər, muzeydən böyük ruh yüksəkliyi ilə ayrıldılar.