Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi Heydər Əliyev Mərkəzində qiraət, şeir müsabiqəsi keçirildi

03.05.2021

03 may 2021-ci il tarixində, Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 98 illiyi ilə əlaqədar olaraq, Ağcabədi RMİ Ağcabədi rayon Heydər Əliyev Mərkəzində pandemiya qaydaları gözlənilməklə, şəhər məktəbləri arasında “Heydər Əliyev və Bütöv Azərbaycan” adlı bədii qiraət, şeir müsabiqəsi keçirildi. Müsabiqəni giriş sözü açan Mərkəzin direktor səlahiyyətlərini müvəqqəti icra edən Rövşanə Əliyeva hər kəsi salamlamış, Ulu Öndər Heydər Əliyevin əziz xatrirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Mərkəzin yaranması və fəaliyyəti haqqında ətraflı məlumat vermiş və bütün müsabiqə iştirakçılarına uğurlar arzulanmışdır.

Azərbaycan Yazıçılar Birliyinin üzvü,şair,Aran qəzetinin baş redaktoru Məhsəti Musa,ADPU-nin Ağcabədi filalının dillər-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi,filoloq Sevinc Məhərrəmova, Azərbaycan Yazıçılar Birliyinin üzvü,şair,Mədəniyyət işçisi,Mərkəzin “Həvəskar aktyorluq və bədii qiraət” kursunun rəhbəri Gündüz Sevindikdən ibarət münsiflər heyəti müsabiqə iştirakçılarının ifalarını dinləmiş və onları qiymətləndirmişlər.Müsabiqənin yekun nəticəsinə görə Ağcabədi şəhər 1 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Məmmədova Nabat Vaqif qızı I yer,şəhər 4 saylı tam orta məktəbin 3-cü sinif şagirdi Məmmədli Vahid Vüsal oğlu II yer, şəhər 1 saylı tam orta məktəbin V sinif şagirdi Qəhrəmanov Məhəmməd Mövlud oğlu və 9 saylı tam orta məktəbin VI sinif şagirdi Bünyatlı Mənsumə Famil qızı (hər ikisi üçüncü yer) layiq görülmüşlər.Sonda müsabiqənin qaliblərinə Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin diplomları təqdim edilmişdir.