Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam ”Qəhrəmanları Unudulmur”, adlı onlayn tədbiri keçirilmişdir

04.05.2021

4 may 2021-ci il tarixdə, Ağdam rayon Heydər Əliyev mərkəzi və Ağdam rayon Mədəniyyət mərkəzinin tabeliyində fəaliyyət göstərən Mədəniyyət Müəssisələrinin təşkilatçılığı ilə, "Zoom" proqramında, 1941-1945-ci ilin Azərbaycanın mərd, qəhrəman oğullarına həsr olunmuş "Qəhrəmanlar Unudulmur" adlı onlayn görüş keçirilmişdir. Görüşü giriş sözü ilə Ağdam rayon Heydər Əliyev mərkəzinin fond müdiri Elçin Cəfərov açmışdır. O, görüş iştirakçılarını salamlayaraq, 1941-1945 ci ilin qəhrəmanlarını və Vətən müharibəsi şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməyi təklif etdi.Şəhidlərimizin və qəhrəmanlarımızın xatirəsi yad edildikdən sonra , Elçin müəllim tədbirin aparıcısı Zəngişalı Mədəniyyət evinin direktoru Fikrət Əliyevə söz verdi.Fikrət müəllim İkinci Dünya müharibəsi cəbhələrində Azərbaycanlı döyüşçülərin qəhrəmanlığından bəhs etdi. Daha sonra tədbirdə iştirak edən Mədəniyyət işçiləri də Faşizmə qarşı müharibədə döyüşlərdə böyük şücaət göstərmiş qəhrəmanlarımız haqqında ətraflı olaraq çıxışlarını etdilər.Tədbirin sonunda Elçin müəllim çıxış edərək ,Azərbaycanımızın qəhrəman, mərd oğullarını anmaq ,yad etməyin hər bir Azərbaycanlı vətəndaşının borcu olduğunu bildirdi.Sonra tədbirin iştirakçılarına təşəkkür və minnətdarlığını bildirdi.