26.12.2017
Təmir bərpa işlərindən sonra yenidən istifadəyə verilən Ağcabədi Tarix-Diyarşünaslıq Muzeyi məktəblilərin böyük marağına səbəb olub. Məktəblilər burada nümayış etdirilən eksponatlarla yaxından tanış olub, rayonumuz haqqında ətraflı məlumat əldə ediblər. Muzeylə tanışlıqdan sonra Ağcabədi şəhər 1 saylı tam orta məktəbin direktoru Səadət Kazımova və şəhər 1 saylı tam orta məktəbin müəllimləri Validə Nuriyeva və Ülviyyə Əliyeva öz ürək sözlərini bildirərək onlar üçün yaradılan bu yüksək şəraitə görə Ölkə Başçısı İlham Əliyev cənablarına və Mədəniyyət və Turizm Naziri cənab Əbulfəs Qarayevə öz dərin minnətdarlıqlarını bildiriblər.