Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Şıxbabalı kənd klubunun əməkdaşları, şəhid ailəsin ziyarət etdilər

21.05.2021

21 may 2021-ci il tarixdə, Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Mədəniyyət mərkəzinin tabeliyində fəaliyyət göstərən Şıxbabalı kənd klubunun müdiri İlhamiz Əliyev və mədəni-kütləvi tədbirlərin təşkilatçısı Aynurə Əlizadə, 2020-ci ilin 27 sentyabr tarixində başlanan 44 günlük II Qarabağ müharibəsində şəhid olmuş Tank Əleyhinə bölüyün qumbara atan komandiri, baş Çavuş Əliyev Ramin Muxtar oğlunun ailəsini ziyarət etmişdirlər. 1 saata yaxın davam edən görüşdə, yaxınları şəhidimizin keçdiyi döyüş yolundan və onun əziz xatirələrindən ziyarətçilərə söhbət açmışdırlar.

Görüşün sonunda, şəhidin yaxınları və ziyarətçilər, bu görüşdən məmnun qaldıqlarını vurğulamışdırlar. Daha sonra, ziyarətin təşkilatçıları Şəhidlər Xiyabanına Ziyarətə getmişdirlər.

Şəhidimizin haqqında geniş məlumat, haqqında hazırlanacaq Videoçarxda olacaq.

ALLAHdan cəmi Şəhidlərimizə rəhmət, Qazi qardaşlarımıza şəfa və ailələrinə səbr diləyirik. Vətən keşiyində duran hərbiçi qardaşlarımızı ALLAHa əmanət edirik!!!