Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Laçın rayon Mədəniyyət Mərkəzininin əməkdaşları, Qənimətlər Parkını ziyarət etmişlər

28.05.2021

28 May Respublika günü münasibətilə, Laçın rayon Mədəniyyət Mərkəzinin Pircahan, Alıqulu kənd mədəniyyət evləri, Aşağı Fərəcan, Yuxarı Fərəcan, Mığıdərə kənd klublarının əməkdaşları "Qənimətlər Parkı"nı ziyarət etmişlər. Onlar, igid oğullarımızın qəhrəmanlığı sayəsində əldə etdikləri qənimətləri maraqla izləmiş, şəhidlərimizə rəhmət, qazilərimizə sağlam can diləmişdirlər.