Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayonunda ”1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü” qeyd olunmuşdur

01.06.2021

1 iyun 2021-ci il tarixdə, Ağcabədi Rayon İcra Hakimiyyətinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə, rayon məktəbəqədər təhsil müəssisələrinin balaca fidanlarının iştirakı ilə, “Dünyanı uşaqlara verək!” adlı tədbir keçirilmişdir. Tədbir iştirakçıları, ilk öncə rayon Şəhidlər Xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ruhunu ehtiramla anmışlar. Daha sonra balaca balalarımız, Ümummilli Lider Heydər Əliyevin rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış abidəsini ziyarət etmişlər.

Tədbir, Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Uşaqlar şeir söyləmiş, mahnı oxumuş və rəqs etmişlər. Tədbirin yekununda keçirilən əyləncəli viktorina ilə verilən suallara cavab verən balacalara “ Aran” qəzeti tərəfindən hədiyyə paylanmışdır.