Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam Tarix-Diyarşünaslıq Muzeyində ekskursiya təşkil edildi

01.07.2021

01 İyul 2021-ci il tarixdə, Ağdam rayon Ayaz Abbasov adına Qaradağlı kənd tam orta məktəbin 5-ci sinif şagirdlərinin muzeyə ekskursiyası təşkil olundu. Muzeydə, məktəblilərə Ağdam rayonunun qədim tarixini, zəngin keçmişini və mədəniyyətini özündə əks etdirən eksponatlar haqqında geniş məlumat verildi.
 Qarabağ müharibəsində, Vətən yolunda canından keçən şəhidlərimiz haqqında məlumat, şagirdlərin diqqətinə çatdırıldı. Mənfur erməni vandallarının dinc əhaliyə qarşı istifadə etdiyi qadağan olunmuş raket mərmilərinin parçaları, məktəblilər tərəfindən maraqla qarşılandı.

Məktəblilər, muzeyin rəy kitabına öz rəylərin qeyd etdilər və xatirə şəkli çəkdirdilər.