31.12.2017
Ağcabədi Şəhər uşaq musiqi məktəbinin "Aran" ansamblının və müəllim,şagird kollektivi 31dekabr 2017 ci il tarixdə , Ağcabədi rayon ərazisində yerləşən N saylı hərbi hissədə Dünya Azərbaycanlılarının həmrəylik günü və yeni il bayramı münasibətilə hərbi hissənin əsgər və zabit heyyəti qarşısında nümunəvi musiqili konsert proqramı ilə çıxış etmişdir. Çıxış zamanı məktəbin V sinif şagirdi Ömərzadə Çinarənin çıxışı bəyənilmiş , dəfələrlə səhnəyə dəvət edilmişdir. Məktəbin şagirdlərinin hazırladıqları Bayraq rəqsi hamının rəğbətinə səbəb olmuşdur. Konsertdə məktəbin ansamblı öz gözəl ifaları ilə tamaşaçıların alqışını qazandılar.Məktəbin Nağara qrupunun ifası da tamaşaçıların çox xoşuna gəldi. N saylı hərbi hissənin komandiri gözəl çıxışına görə məktəbin kollektivinə öz təşəkkürünü bildirərək Fəxri Fərmanla təltif etdi.