Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində könüllülərlə bağlı tədbirlər davam etdirilir

18.08.2021

18 avqust 2021-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzində mərkəzin könüllüsünün iştirakı ilə karantin rejiminin tələbləri qorunmaqla növbəti tədbir həyata keçirildi

Mərkəzin direktor səlahiyyətlərini müvəqqəti icra edən Rövşanə Əliyeva tərəfindən Heydər Əliyev Mərkəzinin bələdçi vəzifəsi üzrə könüllüsü Zeynalova Nuranə Elman qızına Ulu Öndərin 1-ci,2-ci prezidentlik dövrü və Ağcabədi rayonuna səfərləri haqqında məlumatlar verilmiş, ekskursiya zamanı ziyarətçilərlə yaş qrupuna görə ünsiyyət qurulması və davranış qaydaları izah edilmişdir.

Bildiririk ki, 3 ay müddətində könüllülərə mərkəzdə sənədlərlə işləmək, ekskursiya aparmaq, tədbirlərdə təşkilatçılıq və digər işlər öyrədilir.

Qeyd edək ki, könüllü kimi fəaliyyət göstərmək istəyən hərkəs Heydər Əliyev Mərkəzinə müraciət edə bilər