Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Nizami Gəncəvi-bütün bəşəriyyətin şairi” başlığı altında videokonfrans keçirilmişdir

20.08.2021

20 avqust 2021-ci il tarixdə Zoom proqramı vasitəsilə Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağcabədi Rayon Heydər Əliyev Mərkəzi və Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı  ilə   2021-ci il    ölkəmizdə “Nizami  Gəncəvi İli” elan olunması ilə əlaqədar gənclərin  iştirakı ilə ”Nizami Gəncəvi-bütün bəşəriyyətin  şairi” başlığı altında  videokonfrans keçirilmişdir.

   Videokonfransı giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru səlahiyyətlərini müvəqqəti icra edən Rövşanə Əliyeva bildirdi ki, 2021-ci ildə dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Qüdrətli söz və fikir ustadının insanları daim əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlər aşılayan zəngin yaradıcılığının bəşər mədəniyyətinin nailiyyəti kimi müstəsna əhəmiyyəti nəzərə alınaraq, 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi İli” elan edilib.

    Videokonfransda Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin gənclər sahəsi üzrə aparıcı məsləhətçisi Cavid Bünyadov çıxış edərək vurğuladı ki, Ali ideyalara, bəşəri dəyərlərə, haqq-ədalətə xidmət edən Nizami Gəncəvi təkcə yaradıcılığı ilə deyil, həyat tərzi ilə də nümunəvi bir insan olub. Nizami Gəncəvi mənəvi zənginliyi hər şeydən üstün tutub. Dünya ədəbiyyatının parlaq nümayəndəsi olan Nizami Gəncəvi özünü ölməz, bənzərsiz yaradıcılığını ülvi hisslərin, humanizm, xeyirxahlıq, ədalət kimi nəcib keyfiyyətlərin tərənnümünə həsr edib.

    Daha sonra çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi Filialının dillər-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının baş müəllimi Sevinc Məhərrəmova şairin həyat və yaradıcılığından ətraflı bəhs etmişdir.

     Videokonfransda çıxış edən natiqlər xüsusi olaraq vurğuladılar ki, 2021-ci ilin “Nizami Gəncəvi ili”, işğaldan azad olunmuş Şuşanın isə Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi və dövlətimizin başçısının çıxışlarında milli-mənəvi dəyərlərimizə xüsusi diqqət yetirməsi Heydər Əliyev siyasətinin uğurlu davamının göstəricisidir