Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Heydər Əliyev Mərkəzində ekskursiya təşkil edildi

24.08.2021

24 avqust 2021-ci il tarixdə,  Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağdam  Nümayəndəliyinin könüllülərinin və Mərkəzimizdə  fəaliyyət göstərən kursların  üzvlərinin Ağdam rayon Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil edildi.

Ekskursiya zamanı,  Mərkəzin əməkdaşı Yunis İbrahimov tərəfindən gənclərə Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında ətraflı məlumat verildi.

Gənclərə bildirildi ki, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söhbət açanda ilk öncə 1969-1982-ci illərə, onun Sovetlər birliyi dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirmək vacibdir. Məhz 1969-cu ilin tarixi iyul plenumunda Heydər Əliyevin respublika rəhbəri təyin edilməsi ilə Azərbaycanın tarixində sürətli inkişaf dövrü başlayıb. Qısa vaxt ərzində onun təşəbbüsü ilə mühüm sənaye müəssisələri Azərbaycanın şəhərlərində inşa edilib, təsərrüfat, elm və təhsil sahələrində qətiyyətli islahatlar həyata keçirilib. 17 noyabr 1990-cı ildə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçiriləndə, Heydər Əliyevin təşəbbüsü ilə, ilk dəfə olaraq üçrəngli bayrağımız binanın üzərində dalğalandı. Məhz bu hadisə,  müstəqillik uğrunda mübarizə tariximizin ən parlaq səhifəsidir  və bununla da, milli azərbaycançılıq ideologiyasının inkişaf dövrü başlandı. Bayrağımıza, mənəvi dəyərlərimizə sədaqətini ifadə edən Heydər Əliyev, fiziki varlığını təhlükə qarşısında qoyaraq, öz millətinə xidmət etməyi hər şeydən üstün tutdu, bu yolda heç bir çətinlikdən, qadağadan qorxub çəkinmədi. Yalnız xalqına, millətinə sonsuz sədaqəti, məhəbbəti olan liderlər belə qətiyyətli addımlar atmağa qadirdirlər