Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qəhrəmanlarımızı taniyaq!!!

06.09.2021

29.08.2021-ci il tarixdə  Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon MKS-nin əməkdaşları Şəhidimiz Əsgər Əliyev Mirağa Musa oğlunun qəbrini ziyarət etmiş, onun xatirəsinə hazırlanmış bulağın açılışında iştirak etmişlər. Əsgər Əliyev Mirağa Musa oğlu 29.08.2000-ci il tarixdə Ağcabədi rayon Xocavənd kəndində anadan olmuşdur.

           II Vətən müharibəsində Füzuli rayon istiqamətində gedən qızğın döyüşlərdə şəhid olmuşdur. 30.09.2020-ci il tarixdə Ağcabədi rayonu Xocavənd kəndində dəfn olunmuşdur.  Əvvəlcə Şəhidimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmiş. Valideyinləri, yaxınları və döyüş yoldaşları  Mirağa haqqında xatirələrini söyləmişlər.

           Çıxış edənlər Azərbaycan Ordusunun 44 günlük müharibədə şücaətindən, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı qələbədən, şəhid Mirağa Əliyevin keçdiyi döyüş yolundan söhbət açıblar. Bildiriblər ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarında keçən şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz qəhrəmanlarını tanımalıdır