Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhidlər ölmür

06.09.2021

ƏSGƏR ATAYEV TARİYEL FƏXRƏDDİN oğlu 05.09.1986-cı ildə Ağcabədi rayon Minəxorlu kəndində anadan olmuşdur.II Vətən müharibəsində Şuşa şəhəri uğrunda gedən qızğın döyüşlərdə qəhrəmancasına şəhid olmuş, 11.11.2020-ci il tarixdə Ağcabədi rayon Minəxorlu kəndində dəfn olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.

05.09.2021-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon MKS-nin əməkdaşları Şəhidimizin qəbrini ziyarət etmişlər.İlk öncə şəhidimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.Tədbirdə həmçinin şəhidin föyüş yoldaşlar,ailə üzvləri,yaxınları İştirak etmişlər.

Tariyel haqqında xoş xatirələr, döyüş qəhrəmanlığından geniş söhbət açılmışdır.İgid döyüşçü Füzuli,Ağdərə,Xocavənd,Şuşa istiqamətində gedən döyüşlərdə fərqlənməsi haqqında ətraflı məlumat verildi.

Yenilməz qəhrəmanımız doğrudanda vətəni,doğma torpaqları canından artıq sevərək qəhrəmanlıq tariximizdə öz qanı ilə əbədi bir imza atıb.Onun əziz xatirəsi qədirbilən xalqımızın qəlbində həmişəlik yaşayacaq.

Allah rəhmət eləsin.