Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Anım Günü ilə əlaqədar olaraq II Fəxri Xiyaban ziyarət edilmişdir

27.09.2021

27 sentyabr 2021-ci il tarixdə, Ağcabədi Regional Mədəniyyət İdarəsi Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyinin kollektivi, 27 Sentyabr Anım Günü ilə əlaqədar olaraq II Fəxri Xiyabanı ziyarət etmişdir.  Qarabağın azadlığı uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmiş, məzarları önünə gül dəstələri qoyulmuşdur. Sonda vətənimizin azadlığı uğrunda sağlamlığını itirmiş qazilərlə xatirə şəkli çəkilmiş, onlara cansağlığı arzu edilmişdir.