Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid Vüsalın timsalında bütün şəhidlərin əziz xatirəsini dərin ehtiramla anırıq

27.09.2021

27 Sentyabr 2021-ci il tarixdə, Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Xan Şuşinski adına Muğam Uşaq Musiqi Məktəbinin müəllim kollektivi, İkinci Qarabağ müharibəsində canlarından keçən şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad etmişdir.

Daha sonra şəhidlərin əziz ruhuna ehsan verilmiş,dualar oxunmuşdur.

Füzuli şəhəri uğrunda gedən döyüşlərdə şəhid olan kəşfiyyatçı - leytenant Vüsal Muradovun bibisi, eyni zamanda məktəbimizin müəllimi Mətanət Səxavət qızı Muradova da anım gününə dəvət edilmişdir. Mətanət müəllim, qardaşı oğlu Vüsalın döyüş zamanı tabor komandiri olması və döyüşdə göstərdiyi qəhrəmanlıqlar barədə müəllimlərə geniş məlumat vermişdir.

Şəhid Vüsalın timsalında bütün şəhidlərin əziz xatirəsini dərin ehtiramla anırıq.

Allah rəhmət eləsin.