Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Heydər Əliyev Mərkəzində Qazilərlə görüş keçirildi

29.09.2021

 

29 Sentyabr 2021-ci il tarixdə, Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Heydər Əliyev Mərkəzi, Ağdam rayon  Mədəniyyət Mərkəzi və Ağdam rayon Gənclərin İnkişaf  və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda Vətən müharibəsində qəhramanlıq göstərdən  qazilərimizlə görüş keçrildi .

Tədbirdə Vətən müharibəsinin  Qaziləri İlham Məmmədov, Orxan Abdullayev və Mürşüd Quliyev iştirak etmişdirlər.

Tədbir öncəsi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Daha sonra, tədbiri giriş sözü ilə açan şəhid  Zaur İmanov adına Zəngişalı kənd Mədəniyyət evinin müdiri Fikrət Əliyev çıxış edərək ,şəhidlərimizə Allahdan rəhmət,  qazilərimizə cansağlığı arzulamışdır.

Daha sonra, çıxış üçün söz Ağdam rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Elçin Cəfərova verildi. Elçin Cəfərov bildirdi ki, bu gün Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır.

Hakimiyyətdə olduğu illər ərzində Prezident İlham Əliyev Azərbaycanı etibarlı tərəfdaş, regionda və dünyada müstəqil xarici siyasət yürüdən bir dövlət kimi tanıtdı, ölkəmizin beynəlxalq əlaqələrini gücləndirdi. Elə bunun məntiqi nəticəsi idi ki, 44 günlük Vətən müharibəsi dövründə də, ölkə başçımız bütün siyasi təzyiqlərə və təhdidlərə də sinə gərməyi bacardı. Prezident İlham Əliyev prinsipiallıq, yenilməz iradə nümayiş etdirərək, Azərbaycan xalqının milli maraqlarını qətiyyətlə müdafiə etdi, məqsədyönlü, ardıcıl siyasət apardı və bütün bunların nəticəsi olaraq tarixi qələbə qazandıq. 

Daha sonra, çıxış üçün söz Ağdam rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin Direktoru Rüfət İslamzadəyə verildi. Rüfət İslamzadə, qazilərimizə gələcək həyatlarında uğurlar arzuladı.

Tədbirin sonunda Ağdam gəncləri qazilərə suallar ünvanlandırdılar, qazilər  keçdikləri döyüş yolundan şagirdlərə məlumat verdilər.