Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam Döyüş Şöhrətli muzeyinin əməkdaşları Şəhidlər Xiyababın ziyarət etdilər

27.09.2021

27 Sentyabr 2021ci il tarixində  Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrətli muzeyinin kollektivi  Azərbaycanın müsdəqilliyi və ərazi bütövlüyü uğrunda Şəhid olmuş  vətəndaşlarımızın əziz xatirəsini yad etmək üçün Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən Şəhidlər xiyabanını zyarət etmişdilər.

Ağdam rayonu Rzalar kənd şəhidi Vəliyev Vüqar Emin oğlunun Qaradağlı kənd qəbirstanlığında yerləşən qəbrin ziyarət etdilər.

Muzeydə Rahib Məmmədov adına Mahrızlı kənd tam orta məktəbinin şagirdlərinə Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən Vətən uğrunda şəhid olmuş qəhrəman övladlarımız haqqında məlumat vermişdir. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

44 gün müddətində Il Qarabağ müharibəsi zamanı şəhid olmuş şəhidlərimiz haqqında şagirdlərə geniş məlumat verilmişdir.