Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları şəhid ailəsini ziyarət etdilər

03.10.2021

03 oktyabr 2021-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Laçın rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Nuruyeva Türkanə Atəş qızı  Bakı şəhəri Xəzər rayonu Qala kəndində dəfn olunan Vətən müharibəsinin şəhidi Laçın rayonu Malıbəyli kənd sakini Yaqubzadə Yaqub Eldəniz oğlunun şəhadətinin 1-ci ildönümü münasibəti ilə şəhidimizin ailəsini və məzarını ziyarət etmişdir.

 Şəhidlərin əziz xatirəsinə ehtiram bildirilib, ruhlarına dualar oxunmuşdur. Ərazilərimizin işğaldan azad olunması yoluda canı, qanı bahasına mübarizə aparmış qazilərə şəfa, şəhid olanlara Allahdan rəhmət dilənib.

Yaqub Eldəniz oğlu Yaqubzadə 1999-cu il aprelin 22-də Bərdə rayonunun Alaçadırlı kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Yaqub Yaqubzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Yaqub Yaqubzadə oktyabrın 2-də Murovdağ döyüşləri zamanı Şəhid olub. Xəzər rayonunun Qala qəsəbəsində dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Yaqub Yaqubzadə ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.