Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam Döyüş Şöhrətli muzeyinin əməkdaşları Şəhidlər Xiyababın ziyarət etdilər

03.10.2021

3 oktyabr 2021 ci tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi 
Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrətli muzeyinin kollektivi Quzanlı qəsəbəsində yerləşən Şəhidlər xiyabanında şəhid leytenant Göyüşov Sərvan Mehman oğlunun anım mərasmində iştirak etdilər.
Sərvan Göyüşov 1997-ci il fevralın 28-də Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olub,Bənövşələr qəsəbəsində yaşayıb. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb.
 Atası 1ci Qarabağ müharibəsində yaralanaraq qazi olub.Əmisi Tanrverdi Göyüşov 1 ci Qarabağ müharibəsi şəhididi.  Göyüşov Mehman Ağdam rayonu Qiyaslı kəndinin sakinidir.O hər zaman mənfur ermənilərin xalqımızın başına açdığı oyunlardan övladlarına söhbət acaraq oğlu Sərvanı bir hərbiçi olaraq böyüməsində və Ali hərbi məktəb oxuyub ixtisaslı hərbici olaraq torpaqlarımızın azadlığı uğrunda müdafiəyə qalxmasına yardımcı oldu.
Sərvan 2014-2018 ci illərdə Ali hərbi akademiyanı qurtararaq leytenant rütbəsi aldı və Azərbaycan ordusunda xidmətə başladı.
Azərbaycan Ordusunun leytenantı olan Sərvan Göyüşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Sərvan Göyüşov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Ağdam rayonunda Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərvan Göyüşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərvan Göyüşov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Sərvan Göyüşov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.
Allah şəhidimizə rəhmət eləsin.