Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid Məhəmmədəli Məhəmmədəlizadənin ailəsi ziyarət edilmişdir

09.10.2021

9 0ktyabr 2021 ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Rahib Məmmədov adına Döyüş şöhrəti muzeyinin kollektivi, Ağdam rayon Tarix Diyarşünaslıq muzeyinin kollektivi, Şıxbabalı kənd mədəniyyət evinin mədəni-kütləvi tədbirlərinin təşkilatçısı Aynurə Əlizadə Il Qarabağ müharibəsi zamanı  Ağdamın müdafiəsi uğrunda şəhid olan, Şəhidimiz Məhəmmədəlizadə Məhəmmədəli Asif oğlunun Quzanll Şəhidlər xiyabanında qəbrin ziyarət etdilər.şəhidlərimizin qəbri üstünə gül dəstələri qoydular,xatirələri bir dəqiqəlik sükutla yad edildi. Sonra şəhidimizin Dörd yol 2 qəsəbəsində yaşayan valideynlərin ziyarət etdilər.Şəhidimizin Atası Asif ,Anası Gözəl Ana bacısı Lalə bizləri cox gözəl qarşıladılar.Şəhidimizin həyatından qəhrəmanlığından,gənclərə nümunə olmasından geniş söhbət aparıldı Ziyarət zamanı,ailə tərəfindən  xatirə olaraq Şəhidimizin Hərbi geyimi , hərbi kəməri,hərbi papağı,və şəkili Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinə şəhidin atası tərəfindən hədiyyə edildi.

Papaq və kəməi isə Tarix Diyarşünaslıq Muzeyinə hədiyyə edildi.

QEYD edək ki,

Məhəmmədəlizadə Məhəməmdəli Asif oglu.28 aprel 1992-ci ildə Ağdam rayon Güllücə kəndində  anadan olub. 1998-ci ildə Yevlax rayonu Ərəb 2 çadırında 1-ci sinifə gedib .2009-cu  ildə , 11-ci sinifi bitirib.  2009-cu  ildə N saylı hərbi hissədə hərbi xidmətə gedib, 2011-ci ildə  hərbi  hərbi xidmətin başa vurub . Herbiye marağı  Vətənə olan sevgisi onu yeniden hərbidə qulluq etməyə aparıb.  2015-ci il  yenidən hərbi xidmətə gedib . Müddətdən artıq həqqi Hərbi Xidmət işin seçib işlədiyi 4 il müddətində heç kimin qelbine dəyməmiş hər kəsin sevgisini qazanmisdi. Komadirlərinin dediyinə  görə cox güclü minamyotçu idi .2020 ci il Sentyabr  ayının 27 də başlanan 2-ci Vətən Müharibəsində atdığı  ilk minamyot çoxlu sayda düşməni məhv edib xususi qəhrəmanlıq göstərib.6 oktyabr Ağdam rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına səhid olub,oktyabr ayının 11 də Quzanlı Şəhidlər xiyabanında dəfn olunub.

ALLAHdan cəmi Şəhidlərimizə rəhmət,ailələrinə səbir diləyirik .

Şəhid Məhəmmədəli Məhəmmədəlizadə Asif oğlu

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Məhəmmədəli Məhəmmədəlizadə  ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.