Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağcabədi Tarix-Diyarşunaslıq Muzeyinin əməkdaşları orta məktəbdə açıq dərs keçiblər

08.10.2021

2021-ci ilin 27 sentyabr -8 noyabr tarixlərində Vətən müharibəsinin birinci il dönümünün qeyd olunması ilə bağlı Tədbirlər planın icrası məqsədilə, 14 oktyabr 2021 ci il tarixdə Ağcabədi Rayon Tarix-Diyarşunaslıq Muzeyinin əməkdaşları elmi işçi Raya Hacıyeva və Vüsalə Abdullayeva, Ağcabədi şəhər Ş.Hüseynov adına şəhər 2 saylı tam orta məktəbin birinci və dördüncü siniflərində olaraq işğaldan azad olunmuş şəhərlər haqqında məlumat verərək məruzə ətrafında çıxış ediblər.Məruzə ətrafında çıxışda müzeyin əməkdaşları şagirdlərə işğaldan azad olunmuş bölgələrin (yaşayış məntəqələrinin) tarixi və coğrafiyası,flora və faunası, adət- ənənələri, şifahi xalq yaradıcılığı ,tanınmış şəxsiyyətləri, milli qəhrəmanları, şəhərlərin işğalı və azad olunması və.s.barədə ətraflı məlumat veriblər. Sonra şagirdlər arasında məruzə ətrafında sual və cavab olunub. Sonda şagirdlər şəhidlərin xatirəsini yad etmək üçün vətənpərvərlik mövzusunda şerlər söyləmişlər.