Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Dövlət Rəsm Qalereyasın əməkdaşları şəhid ailəsini ziyarət etdilər

15.10.2021

15 Oktyabr 2021-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Dövlət Rəsm Qalereyası və 36 saylı şəhər kitabxanasının əməkdaşları, Ağdam rayon Qiyaslı kənd sakini şəhid Fərzəliyev Samir Vaqif oğlunun ailəsini ziyarət ediblər. Fərzəliyev Samir Vaqif oğlu 08.12.1996-cı ildə Ağdam rayonunun Qiyaslı kəndində anadan olub. II Qarabağ müharibəsi başlayan gündən döyüşlərə qatılıb və Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün, Azərbaycan  Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Samir Fərzəliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.