Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qarabağ müharibəsi şəhidi İsgəndər İbrahimova həsr olunmuş tədbir keçirildi

12.10.2021

12 Oktyabr 2021- ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində fəaliyyət göstərən Qaradağlı kənd Mədəniyyət evi və 5 saylı Qaradağlı kənd kitabxanasının birgə təşkilatçılığı ilə, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan birinci Qarabağ müharibəsi şəhidi İsgəndər İbrahimova həsr olunmuş tədbir keçirildi. Şəhid İbrahimov İsgəndər Qaraş oğlu 1975 - ci il yanvar ayının 15 - də Qaradağlı kəndində anadan olmuşdur. 1992 - ci ildə Qaradağlı kənd orta məktəbinin X sinfini əla qiymətlərlə bitirib. 9 aprel 1993 - cü ildə hərbi xidmətə gedib və döyüş zonasında - ön cəbhədə xidmət edib. O, Ağdamın Salahlı, Şıxlar, Suma, Güllücə kəndləri, Füzulinin Böyük Bəhmənli, Kiçik Bəhmənli və digər kəndləri uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 1994 - cü il 15 sentyabrda doğma Qaradağlı kəndində dəfn edilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyətinin ictimai - siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçiləri Ziya Hümbətov və Farid Muradov, Qaradağlı kənd ərazi nümayəndəsi, kənd bələdiyyə sədri, Qaradağlı kənd məktəbinin müəllim və şagirdləri, Ağdam rayon Tarix Diyarşünaslıq Muzeyinin direktoru, Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin direktoru iştirak etdilər. Tədbiri giriş sözü ilə Mədəniyyət evinin müdiri Zənurə Mirzəyeva açaraq, şəhidimizin əziz xatirəsinin 1 dəqiqəlik sükütla yad edilməsini təklif etdi. Sonra Azərbaycan himni səsləndirildi. Daha sonra, tədbir iştirakçıları şəhidimiz haqqında çıxış etdilər, şagirdlər şeir söylədilər.