Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zəngişalı kənd Mədəniyyət evində anım tədbiri keçirildi

12.10.2021

12 oktyabr 2021- ci il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsinin Ağdam rayon Mədəniyyət Mərkəzinin tabeliyində olan Zaur İmanov adına Zəngişalı kənd Mədəniyyət evi və MKS-nin 30 saylı kitabxana işçilərinin birgə təşkilatçılığı ilə erməni faşizmi tərəfindən törədilmiş Gəncə terroru qurbanlarının ildönümünün anım mərasimi keçirilmişdir. Tədbirdə Agdam rayon İcra Hakimiyyəti başcısının Zəngişalı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Camal Əsədov və kənd sakinləri , şair Vəliyəddin Adil Agdamlı iştrak edirdi . Tədbiri giriş sözü ilə açan Zəngişalı kənd Mədəniyyət evinin direktoru Fikrət Əliyev şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etməyi təklif etdi.Gəncə hadisələrinin ildönümü ilə əlaqədar çıxışında bildirdi:" XX əsrdə törətdiyi Quba, Xocalı, Ağdaban, Malıbəyli və s .genosidlərlə dünya tarixinə faşizm ruhlu vəhşi xalq kimi düşən ermənilər öz mənfur əməllərini XXl əsrdə də davam etdirməkdədir.Düz bir il öncə erməni terrorçuları gecə saatlarında qadağan olunmuş silahlarla,o cümlədən,raketlərlə Gəncə şəhərində dinc əhaliyə hücum etdilər.Bu hücum nəticəsində dinc əhali arasında itkilərimiz oldu.O cümlədən, uşaqlar, qadınlar bu qanlı terrorun qurbanı oldular.Bütün dünya bir daha erməni vəhşiliyinin şahidi oldu.Şanlı Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri terror qurbanlarının qisasını layiqincə aldı.Gəncə terroru qurbanlarının xatirəsi, bütün şəhidlərimizin xatirəsi kimi həmişə qəlbimizdə yaşayacaqdır.Bu günkü tədbir də onların əziz xatirəsinə həsr olunmuşdur." Ərazi dairəsi üzrə nümayəndə Camal Əsədov da öz cıxışında Gəncə hadisələrini qətiyyətlə qınayaraq mənfur erməni terrorunu lənətlədi . Şəhidlərimizin xatirəsinə həsr olunmuş sərgi ilə tədbirə gələn qonaqları Zaur İmanov adına Zəngişalı kənd Mədəniyyət evinin direktoru Fikrət Əliyev tanış etdi.Tədbirdə şəhidlərin ruhlarına dualar oxundu, adları anıldı.