Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam rayon Dövlət Rəsm Qalereyasının əməkdaşları şəhid ailəsini ziyarət etdilər

19.10.2021

 20 Oktyabr 2021-ci il tarixdə Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon Dövlət Rəsm Qalereyasının və 36 saylı şəhər  kitabxanasının  əməkdaşları, İbrahimli Qəşəm Süleyman oğlunun ailə üzvlərini  ziyarət ediblər.

İbrahimli Qəşəm Süleyman oğlu 20 dekabr 1995-ci ildə  Ağdam rayonun Xındırıstan kəndində anadan olub.  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhididir. 9 oktyabr 2020-ci ildə Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə, Ağdərə rayonunun Suqovuşan qəsəbəsinin azad olunması zamanı qəhrəmancasına şəhid olub.