Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağdam MKS-inin Mərkəzi kitabxanasında Vətənpərvərlik mövzusunda Kitab həftəsi təşkil edildi

25.10.2021

Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağdam rayon MKS-inin 27 sentyabr-8noyabr tarixlərində Vətən müharibəsin birinci ildönümün qeyd olunması ilə bağlı Ağdam rayon MKS-inin Mərkəzi kitabxanası, 21 saylı Orta Qərvənd, 9 saylı Ayyaq Qərvənd və 40 saylı Şıxlar kənd kitabxana fillallarının keçirdiyi tədbirlər haqqında

 

               MƏLUMAT

 

 25.10.2021-ci il tarixində Ağdam rayon MKS-inin Mərkəzi kitabxanasında vətənpərvərlik mövzusunun təbliği ilə əlaqədar "Vətənpərvərlik mövzusu bədii ədəbiyyatda" adli "Kitab həftəsi" təşkil edildi. Məqsədimiz fondumuzda olan vətənpərvərlik mövzusunda yazılmış əsərlərin oxuculara çatdırılmasıdır "Kitab həftəsi"nin hər bir günündə bir yazıçının yaradıcılığına səyahət edəcəyik Gənclərin milli mənlik şürunun inkşaf etdirlməsi onlarda vətənpərvərlik hisslərin artıriması hər zaman prioritet vəzifələrdən olub. Sevindrici hal ondan ibarətdir ki, şair və yazıçılarmızda öz əsərlərində vətənpərvəlik mövzusularına geniş yer ayrıblar Belə yazıçılardan biridə Elxan Elatlıdı Yazıçının vətənpərvərlik mövzunda qələmə aldığı "Qisas gecesi" "Qan ləkəsi" və "Cəhənnəmdən gələn səs əsərlərini sizə təqdim edirik. Bu romanlar xalqımızın böyük sevincini qazanmışdır. Hər hansı bir şəxsiyyətin qəlblərdə uzun illər yaşamasında və sevilməsində bədii əsərlərin nə qədər böyük rola malik olduğunu hamımız yaxşı bilirik. "Qisas gecəsi" romanında Azərbaycanın Milli Qəhrəmanı Mubariz İbrahimovun qısa həyatından və şərəfli döyüş yolundan bəhs edilir. Romanın gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsində böyük rol oynayacağına inanırıq. Kitabın ilk səhifəsində Azərbaycan Respublikasının Prezidentinin Mubariz Ibrahimov haqqında dediyi sözlər verilmişdir "Mübariz yaxşı bilirdi ki, o döyüşdən sağsalamat çıxa bilməyəcək. Ancaq vətən sevgisi, torpaq sevgisi onda olan vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. Mübariz butun gənclərimiz uçun örnəkdir, nümunədir Mubariz İbrahimov son döyüşdən sağ qayıtmayacağını yəqin ki bilirdi. Buna görədə bacardığı qədər duşmən əsgəri öldurub sonra həlak oluşdur Duşmənə xeyli itki verib ozu də şəhid olan Mübarizə həsr olunmüş bu kitabı oxumaqla şəhidlərimizin ruhu qarşısında borcumuzun bir hissəsini yerinə yetirmış olarıq. Yazıçı Elxan Elatlı Azərbaycanın Milli Qəhrəmanı Mubariz Ibrahimovun lyirmi iki illik ömür yolundan bəhs edən bu romanında onun daxili aləmini, həyacanlarını, mənəvi dunyasında baş verən oyanışı, onu daim narahat edən, intiqama səsləyən səbəbləri bədii detallarla açıq göstərməyə çalışmışdır.