2 nömrəli Hacallı kənd Folklor klubu 1993-cü ildən fəaliyyət göstərir. Oturacaq yerlərinin sayı 50 nəfərlikdir. Folklor klubunda iki dərnək fəaliyyət göstərir. Özfəaliyyət və rəqs dərnəkləri. Hər birinin on nəfər üzvü var. Klub əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə bir çox tədbirlər hazırlayıb keçirir. Vaxtaşırı gənclərlə görüş, söhbətlər aparılır. Onların vətənpərvər böyümələri üçün veteranlarla gənclərin görüşünü təşkil edilir. Rayonda yerləşən Tarix-diyarşünaslıq muzeyinə , VII-IX əsrlərdə inşa edilmiş Tərtər çayı üzərindəki körpüyə ekskursiya edilir. Gənclərimizin pis vərdişlərdən uzaq olması üçün , onlarla maraqlı disputlar , idman oyunları , sual-cavab gecələri, vətənpərvərlik mövzusunda tədbirlər keçirilir .