Divanlı kənd Xalq yaradıcılığı evi 1964-cü ildən fəaliyyətə başlayıb. Divanlı kənd Xalq yaradıcılığı evinin 150 nəfərlik oturacaq yeri var. İki dərnək fəaliyyət göstərir ki, onların da on iki nəfər üzvü var. Divanlı kəndinin əhalisi əsasən maldarlıq və əkinçiliklə məşğul olur. Mədəniyyət işçiləri mədəni-kütləvi tədbirləri iş planı əsasında, kəndin məşğuliyyəti və əhalinin marağı əsasında hazırlayıb həyata keçirir. Divanlı kənd Xalq yaradıcılığı evi əhalinin asudə vaxtının səmərəli keçməsi üçün vaxtaşırı konsert proqramı təşkil edir.