Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Bərdə rayon Heydər Əliyev Mərkəzi

2004-cü il sentyabrın 11  Bərdə rayon Heydər Əliyev Mərkəzinin Prezidentin iştirakı ilə təməli qoyulub. Bərdə rayon  Heydər Əliyev Mərkəzi 2006-cı il martın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti , Azərbaycan Respublikasının I Vitse- Prezidenti Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun vitse- prezidenti Leyla xanım Əliyevanın  iştirakları ilə açılmış  və fəaliyyətə başlamışdır. Mərkəzin xatirə kitabına ürək sözlərini yazan möhtərəm prezidentimiz İlham Əliyev Bərdə rayon Heydər Əliyev Mərkəzini “gözəl memarlıq abidəsi”adlandırmışdır. Bərdə rayon Heydər Əliyev Mərkəzi 950 kv.m.ərazini əhatə edən 3 mərtəbə binadan ibarətdir. Ekspozisiya sərgi sahəsi 231 kv.m., fond saxlama sahəsi 30.8 kv.m-dir. Mərkəzdə əsas fond eksponatlarının sayı 248-dir. Onlardan 6-sı rəssamlıq, 6-sı heykəltəraşlıq nümunələri, 236-sı isə Ulu Öndərin həyatı, ictimai- siyasi fəaliyyətini əks etdirən fotoşəkillərdir.

Ünvan:
Bərdə şəhəri Heydər Əliyev prospekti 97
Telefon:

+994-20-205-05-03

E-mail:

berde.h.eliyev-merkezi@mail.ru

Url:
https://www.facebook.com/B%C9%99rd%C9%99-rayon-Heyd%C9%99r-%C6%8Fliyev-M%C9%99rk%C9%99zi-311393619051964/