Bərdə Dövlət Rəsm Qalereyası 1989-cu ildən fəaliyyətə başlayıb.2008-ci ildən yeni binaya köcürülən Rəsm Qalereyası Bərdə şəhər Heydər Əliyev prospekti 95 ünvanında yerləşən ümumi sahəsi 173 kv.metr olan 2 otaqdan ibarətdir. Ekspozisiya-sərgi sahəsi 152 kv.metr , fonda saxlama sahəsi 21 kv.metrdir. Qalereyanın fondunda peşəkar, gənc və həvəskar rəssamların 50-ə yaxın əl işləri və rəsm əsərləri saxlanılır.
Qalereyada həvəskar gənclərdən və məktəbli şagirdlərdən ibarət ,həftədə 2 dəfə olmaqla rəsm dərnəyi fəaliyyət göstərir. Bundan başqa xalçaçılıq sənətini yaşatmaq və gələn ziyarətcilərə göstərmək ücün xalça toxuma təbliğ olunur.
Yay mövsümündə açıq havada turistlərə müxtəlif mədəni xidmətlərin və sərgilərin keçirilməsi ücün Qalereyanın qarşısından istifadə etmək daha məqsədə uyğundur.
+994-20-205-65-36
berderesm@gmail.com