Füzuli rayon mərkəzi kitabxanası 1948 - ci ildə yaradılmış, 1978 - ci ildən isə öz ətrafında 90 kitabxana filialını birləşdirərək Mərkəzləşdirilmiş Kitabxana Sistemi kimi fəaliyyətini davam etdirmişdir. Həmin kitabxanaların kitab fondu 389000 nüsxədən ibarət olmuşdur.
1993-cü ildə məlum səbəbdən rayonumuzun işğalı zamanı kitabxanalar fondları ilə bərabər tamamilə məhv edilmişdir.
1994 – cü ildə Ümummilli lider Heydər Əliyevin komandanlığı ilə Milli Ordumuz tərəfindən rayonumuzun 22 yaşayış məntəqəsi işğaldan azad olunduqdan sonra kitabxanalar öz fəaliyyətlərini başqa məqsədlər üçün bərpa edilmiş binalarda və şəxsi evlərdə tədricən davam etdirməyə başlamışdır.
Məhv edilmiş kitabxana fondlarını yenidən bərpa etmək üçün Mədəniyyət və Turizm Nazirliyinin Kitabxana Kollektorundan, Prezident Aparatından, Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə digər rayon MKS-dən əvəzsiz olaraq kitab və jurnallar alınmışdır.
Hal-hazırda bütün kitabxanalar şəxsi evlərdən çıxarılaraq kitabxana və başqa məqsədlər üçün tikilmiş binalarda yerləşdirilmişdir.
Bu gün geniş informasiya şəbəkəsinə malik olan Füzuli rayon MKS-i sürətli internet şəbəkəsi ilə təmin olunmuşdur. Hazırda Mərkəzləşdirilmiş Kitabxana Sistemində 46 kitabxananın fəaliyyəti məlum səbəbdən dondurulmuş, 45 kitabxana filialı isə rayonumuzun işğaldan azad edilmiş 22 yaşayış məntəqəsində və Cənab Prezidentin göstərişinə əsasən rayonumuzun ərazisində yeni salınmış 18 qəsəbədə fəaliyyət göstərir ki, bu kitabxanaların kitab fondu 47000 nüsxəyə çatdırılmışdır.
Hazırda kitabxanalar müasir informasiya daşıyıcıları, inventar və avadanlıqlarla təmin edilmişdir.
İl ərzində Azərbaycan dövlət müstəqilliyinin və ərazi bütövlüyünün möhkəmlən-dirilməsinə, dövlət islahatlatları üzrə sənəd və digər materialların təbliğinə diqqət yetirilmiş, sərgilər hazırlanmış, əlamətdar günlər, yubileylərlə bağlı maraqlı və yaddaqalan tədbirlər keçirilmişdir.
050 471 3180
fuzuli-mks@mail.ru