Füzuli rayon Tarix-Diyarşünaslıq Muzeyi 1981-ci ildə yaradılmışdır.1993-cü ildə rayonun işğalı ilə əlaqədar muzeyin eksponatları xilas edilərək Bakı şəhərinə aparılmış Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin müvafiq qərarı ilə “İstiqlal “ Muzeyində yerləşdirilmiş və fəaliyyətini orada davam etdirmişdir. Muzey keçirilmiş sərgilərdə fəxri fərmanlar almışdır.2014-cü ildə Horadiz şəhərində yeni muzey binasının tikintisi ilə əlaqədar muzey Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə 2014-cü ilin iyun ayında Bakı şəhərindən Horadiz şəhərinə köçürülmüşdür.