Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Xocalı şəhər 3 nömrəli uşaq musiqi məktəbi

Xocalı şəhər 3 nömrəli uşaq musiqi məktəbi 1990-cı ildə Xankəndi şəhəri Kərkicahan qəsəbəsində yaradılıb.1991-ci ildə dekabr ayında Kərkicahan qəsəbəsi işğal edildikdən sonra məktəbin fəaliyyəti müvəqqəti olaraq dondurulub və 1993-cü ildə Mingəçevir şəhərində yenidən fəaliyyətə başlayıb. 2006-cı ildə Xocalı rayon İcra Hakimiyyətinin başçısı cənab Şahmar Usubov tərəfindən tapşırıq verilərək əhalinin daha sıx yaşadığı Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsinə köçürülüb və adı çəkilən yerdə fəaliyyətə başlayıb. 2008/2009-cu tədris ilinin yanvar ayının 5-dək eyni adla fəaliyyət göstərib və 2009-cu il yanvar ayının 5-də Xocalı rayon İcra Hakimiyyəti Başçısı cənab Şahmar Usubov tərəfindən daxili sərəncam verilərək məktəbin adı müvəqqəti olaraq dəyişdirilib Xocalı şəhər 3 nömrəli uşaq musiqi məktəbi adı verilib və hal-hazırda eyni adla fəaliyyət göstərir. Məktəbdə 3 şöbə və 7 ixtisas fəaliyyət göstərir. Kollektivdə 42 nəfər müəllim, 114 nəfər şagird və 2 nəfər texniki işçidən ibarətdir.