Ağdam rayon kitabxanasının əsası 1907-ci ildə görkəmlı yazıçımız Ə.Haqverdiyev tərəfindən şəxsi adamlardan toplanmış kitablar hesabına təşkil edilmişdir. 1920-ci ilə qədər kitabxana qapalı fəaliyyət göstərmiş, 20-ci ildən sonra kitabxana- qiraətxana xalqın xidmətinə verilmişdir.30-cu illərdən sonra kitabxana rayon mərkəzi kitabxanası kimi fəaliyyətini davam etdirmişdir. 1979-cu ilin dekabr ayında rayon ərazisində yerləşən kitabxanalar mərkəzləşdirilərək Mərkəzləşdirilmiş Kitabxana Sistemi yaradılmışdır.Mərkəzləşdirilmiş Kitabxana Sistemi fəaliyyət göstərdiyi həmin dövr ərzində rayon zəhmətkeşlərinin mütaliə mədəniyyətinin formalaşdırılmasında, elmi dünyagörüşünün artırılmasında , dövlətin qarşıya qoyduğu qərar və göstərişlərin, elmi- texniki nailiyyətlərin təbliğ edilməsində, gənclərin asudə vaxtının səmərəli təşkil edilməsində mühüm rol oynamışdır. MKS-i fəaliyyət göstərdiyi illər ərzində oxuculara xidmətin operativ və daha dolğun ödənilməsi ,oxucu maraqlarının öyrənılməsi, gənclərın hərbi – vətənpərvərlik tərbiyəsi, əlamətdar və tarixi günlərin təbliğ edilməsi kütləvi kitabxanaların mərkəzi şəkildə komplektləşdirilməsi, kitabxanalara vahid və planlı şəkildə rəhbərliyin həyata keçirilməsi təmin edilmişdir..
Ağdam rayonu 80 illik tarixinin bütün mərhələlərində Azərbaycanın iri, çox böyük elmi , iqtisadi potensiala malik olan ,strateji xarakter daşıyan , insanlarının zəhmətsevərliyi , işgüzarlığı və daim hərəkətdə olmaq bacarığı ilə secilən rayonlarından biri olmuşdur . Əfsuslar ki, Dağlıq Qarabaö haddisələrinin ilk günlərindən Ermənistan Silahlı Qüvvələrinin , onların hərbi və siyasi havadarlarının gücü ilə rayonun ərazisinin böyük hissəsi -77,4 faizi , Ağdam şəhəri, rayonun 1 qəsəbə və 82 kəndi işğal olunaraq bəşər tarixində oxşarı olmayan bir vəhşiliklərlə darmadağın edilərək yerlə -yeksan olmuşdur .143 min nəfərə yaxın ağdamlı öz doğma ev- eşiyindən didərgin düşmüşdür. Rayonumuzun əhalisi respublikamızın müxtəlif bölgələrində məskunlaşmağa məcbur edildi .
. 1993-cü il iyulun 23-də Ağdam rayonu Erməni Silahlı Qüvvələri tərəfindən işğala məruz qaldı. Erməni silahlı dəstələri işğala məruz qoyduqları ərazilərimizdə vandalizm aktı törətmiş , 67 kitabxana filialı və bu kitabxana filialları özündə birləşdirən Mərkəzləşdirilmiş Kitabxana Sistemi tamamilə məhv edildi . 1992- ci ilin yekun hesabatina görə həmin dövrdə fondumuzda 690996 nüsxə kitab,160000 qəzet, 120000 jurnal ümumilikdə 970996 nüsxə çap məhsulu oluşdur. Qalan 40 kitabxana filialiarının yerləşdikləri binalar , fondlarında olan kitablar və inventarlar tamamilə yararsız hala düşdü .Həmin dövrdə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin tərkibində 1mərkəzi kitabxana, 2 şəhər kitabxanası, 2uşaq kitabxanası, 1gənclər kitabxanası və101 kənd kitabxana filialı fəaliyyət göstərirdi .Ağdam rayonu işğal edildikdən sonra rayon Mərkəzi kitabxanası MKS-nin tərkibində Bakı şəhərində Yasamal rayonunda BDU-nun yataqxanasinda fəaliyyətini davam etdirir və yataqxanada məskunlaşan məcburi köçkünlərə xidmət göstərirdi .2010-cu ilin noyabr ayından başlayaraq Mərkəzi kitabxana öz fəaliyyətini Ağdam rayonununMəcburi köçkünlər üçün salınmış Yeni Quzanlı qəsəbəsində Klub icmasının binasında davam etdirir. Mərkəzi kitabxana 250 nəfərlik geniş.tədbir zalı. 5346 nüsxə kitab fondu , oxu zalı , və 5 kompüter dəsti vasitəsi ilə 3031 nəfər oxucuya xidmət edir.
Filialın adı Yerləşdiyi ərazi
Mərkəzi Kitabxana Yeni Quzanlı qəsəbəsi
1.I Əhmədağalı kənd kitabxanası Əhmədağalı kəndi
2.I Quzanlı kənd kitabxanası Quzanlı kəndi
3.I Çəmənli kənd kitabxanası Çəmənli kəndi
4.Mirəşelli kənd kitabxanası Mirəşəlli kəndi
5.Qaradağlı kənd kitabxanası Qaradağlı kəndi
6.Səfərli kənd kitabxanası Səfərli kəndi
7.I Xındırıstan kənd kitabxanası Xındırıstan kəndi
8.Rzalar kənd kitabxanası Rzalar kəndi
9 Ayaqqərvənd kənd kitabxanası Ayaqqərvənd kəndi
10.Əfətli kənd kitabxanası Əfətli kəndi
11.Hacıturallı kənd kitabxanası Hacıturallı kəndi
12.Ergi kənd kitabxanası Ergi qəsəbə
13.Həsənxanlı kənd kitabxanası Həsənxanlı kəndi
14.Mahrızlı kənd kitabxanası Mahrızlı kəndi
15.Böyükbəyli kənd kitabxanası Böyükbəyli kəndi
16.II Çəmənli kənd kitabxanası Çəmənli kəndi
17.Baharlı kənd kitabxanası Baharlı kəndi
18.Küdürlü kənd kitabxanası Küdürlü kəndi
19.Üçoğlan kənd kitabxanası Üçoğlan kəndi
20.I Sarıcalı kənd kitabxanası Sarıcalı kəndi
21.Orta Qərvənd kənd kitabxanası Ayaq Qərvənd qəsəbə
22.II Əhmədağalı kənd kitabxanası Əhmədağalı kəndi
23.Şükürağalı kənd kitabxanası Şükürağalı kəndi
24.Çullu kənd kitabxanası Çullu kəndi
25.II Xındırıstan kənd kitabxanası Mingəçevir şəhəri
26.Çıraxlı kənd kitabxanası Çıraxlı kəndi
27.Eyvazlı kənd kitabxanası Bənövşələr qəsəbə
28.Yüzbaşlı kənd kitabxanası Yüzabaşlı kəndi
29.II Quzanlı kənd kitabxanası Quzanlı kəndi
30.Zəngişalı kənd kitabxanası Zəngişalı kəndi
31.Ballar kənd kitabxanası Ballar kəndi
32.Atçılıq zavodu kitabxanası Lənbərən kəndi
33.Gülablı kənd kitabxanası Mingəçevir şəhəri
34.Kürdlər kənd kitabxanası Dördyol 1 qəsəbə
35.Mərzili kənd kitabxanası Dördyol 2 qəsəbə
36.Şəhər kitabxanası Quzanlı qəsəbə
37.Əlimədətli kənd kitabxanası Bəhövşələrı qəsəbə
38.Yusifcanlı kənd kitabxanası Baharlı qəsəbə
39.Əliağalı kənd kitabxanası Təzəkənd qəsəbəsi
40.Şıxlar kənd kitabxanası Ayaqqərvənd kəndi
41 Salahlı kənd kitabxanası İmamqulubəyli -1 qəsəb.
42.Qalayçılar kənd kitabxanası Bərdə r-n Köçkün qəsıbə
43 Baş Qərvənd kənd kitabxanası Qasımbəyli qəsəbəsi
44.Xaçın Dərbənd kənd kitabxanası Xındırıstan qəsəbəsi
45.Nəmirli kənd kitabxanası İmamqulubəyli-2 qəsəbə
46 .Gənclər kitabxanası Bakı şəhəri Müşfiq qəsəbə
47.Cəvahirli kənd kitabxanası İmamqulubəyli kəndi
48.Şurabad kənd kitabxanası Hacıməmmədli kəndi
49.Əhmədavar kənd lkitabxanası Evoğlu kəndi
50.Şıxbabalı kənd kitabxanası Mingəçevir şəhəri Köçkün q
0263251019
mks.1979