Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin diqqət və qayğısı sayəsində 03.01.2005-ci il tarixdən Ağcabədi rayon Dövlət Rəsm Qalereyası yaradılıb və həmin gündən fəaliyyətə başlamışdır.Qalereya 140 m2 kv sahəsi olan 3 otaqdan ibarətdir.Qalereyanın fondunda 160 rəsm əsər vardır. Əsərlərin 38 ədəd Respublika rəssamlarının, 31 ədəd yerli rəssamların, 50 ədəd müvəqqəti kağız üzərində, 9 ədəd taxta üzərində yandırma üsulu ilə, 4 ədəd heykəl, 1 ədəd döymə çikanka, 27 ədəd iplə toxumalar toplanıb Qalereyanın fondunda mühafizə olunur və uçot kitabına qeydiyyata alınmışdır.Qalereyada Rəsm Dərnəyi fəaliyyət göstərir.İl ərzində Qalereyaya fərdi gələnlərin sayı 450 nəfər, ekskursiyaya gələnlər 900 nəfər, Qalereyadan kənarda sərgilərin sayı 56 olmuşdur.Qalereyada 10 nəfər işçi çalışır, 1 nəfər ali, 4 nəfər orta ixtisas, 2 nəfər ümumi orta təhsilli, 1 nəfər fəhlə, 1 nəfər xadimə, 1 nəfər gözətçidir.
Ağcabədi Dövlət Rəsm Qalereyasının Direktoru: İsayev Əkbər Qurban oğlu
050 453-97-98
Yoxdur
isayev_04mail.ru