Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Tabe təşkilatlar
|

Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzi

Ağcabədi Regional Mədəniyyət İdarəsi Yaqub Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzi 1961-ci ildə tikilmişdir. 2008-ci ildə isə ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında Mədəniyyət Mərkəzi əsaslı şəkildə təmir edilmiş və 2009-cu ilin fevral ayında istifadəyə verilmişdir.

    Rayon Mədəniyyət Mərkəzinin yaradılması haqqında Azərbaycanın qeyri-maddi mədəni irs sahəsinin qorunması istiqamətində aparılan islahatların sürətləndirilməsi, əhalinin asudə vaxtının mədəni təşkili, o cümlədən onun infrastrukturunu təşkil edən klub müəssisələrinin fəaliyyətinin yenidən qurulması məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin 29.04.2015-ci il tarixli, 217 saylı əmrindən, nazirliyin 27.12.2012-ci il tarixli, 8 saylı Qərarı ilə təsdiq edilmiş şəhər (rayon) Mədəniyyət Mərkəzinin Nümunəvi əsasnaməsindən və şəhər (rayon) Mədəniyyət Mərkəzinin Məlumat kitabından (qoşmaları daxil olmaqla)  aparılmasından irəli gələn məsələlərin icrasını təmin etmək məqsədilə Yaqub Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzi və bu Mərkəzin filialları qismində fəaliyyət göstərəcək klub müəssisələrinin profilləşməsi işi həyata keçirilmişdir. Mədəniyyət Mərkəzinin nəzdində 34 klub müəssisəsi (12-ü profilləşmiş)  mədəniyyət və klub filialları (Xalq sənətkarlığı, Diyarşünaslıq, Folklor, Sənətkarlıq klubları) fəaliyyət göstərir. Eyni zamanda qeyd olnunan mədəniyyət və klub filiallarında dram dərnəkləri, bədii-özfəaliyyət musiqi kollektivləri, tar, qarmon,  tikiş və toxuculuq, rəqs, sənətkarlıq, oyma və rəssamlıq dərnəkləri də fəaliyyət göstərir. Belə  ki, Hüsülü kənd sənətkarlıq evində taxda üzərində  əl işlərindən ibarət rəsmlər çəkilir ki,buda sənətkarlıqın inkişafı üçün müəyyən uğurlar əldə edilir.     Mədəniyyət  Mərkəzinin tabeçiliyində olan mədəniyyət və klub filiallarında 105 nəfər işçi işləyir.

Mədəniyyət Mərkəzində hal-hazırda 8 işçi çalışır. Mədəniyyət Mərkəzinin ümumi sahəsi 1559.kv. m-dir. Mərtəbəsinin sayı 2-dir. Mədəniyyət Mərkəzi 1 zaldan (304 yerlik),1 səhnədən,1 foyedən,1 direktor otağından,2 qrim otağından (hər iki mərtəbədə),1 bədii rəhbər otağından, 2 dərnək otağından,1 metodiki otaqdan,1 qarderobdan,1 texniki mərkəz-otaqdan ibarətdir.

    Mədəniyyət Mərkəzində işlər Mədəniyyət  Nazirliyinin, Ağcabədi Regional Mədəniyyət  İdarəsinin məktub və tövsiyyələri əsasında qurulur. Belə ki, Mədəniyyət Mərkəzi Ağcabədi rayonunda keçirilən bütün mədəni-kütləvi tədbirlərinin, bayram konsertlərinin, el şənliklərinin, ədəbi-bədii kompozisiyaların, əlamətdar günlərin, anım günlərinin, ədəbi-bədii gecələrin, rayon ərazisində yerləşən hərbi hissələrdə əsgər və zabitlərlə görüşlərin hazırlanması və keçirilməsində yaxından iştirak edir. Mərkəz öz nəzdində fəaliyyət göstərən “Ələk” ədəbi şeir məclisinin üzvlərinin ay ərzində iki dəfə görüşlərini də təşkil edir. Mərkəzin nəzdində 14 nəfərdən ibarət  1 bədii-özfəaliyyət dram dərnəyi də fəaliyyət göstərir. Habelə, Mədəniyyət Mərkəzində hər ay seminar-məşğələlər təşkil olunur. Seminarda Mərkəzin fəaliyyətinin predmeti xalq yaradıcılığının dəstəklənməsi, Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, bərpası və inkişaf etdilirməsi, əhalinin asudə vaxtının səmərəli təşkili, Azərbaycan xalqının folklor ifaçılığı sənətinin (musiqi-rəqs, şifahi ədəbiyyat, oyun-tamaşa) dəstəklənməsi, dirçəldilməsi, xalq yaradıcılığı, diyarşünaslıq, folklor və sənətkarlıq, digər dərnək, kurs, birlik və s. işlərin təşkili işləri müzakirə edilir.

Ünvan:
Ağcabədi şəhəri
Telefon:

(021) 275-03-20

Fax:

yoxdur

E-mail:

oder_turan1636@inbox.ru