Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qarabağ Regional Mədəniyyət İdarəsi

Region haqqında
İqtisadiyyat
|

Ağcabədi

Azərbaycan Respublikasının ən iri kənd təsərrüfatı rayonlarından biri olan Ağcabədi rayonunun ərazisi 1756 kv.km – dir, əhalisi 128100 nəfərdir.
Məşğul əhalinin əsas hissəsi kənd təsərrüfatında, rayonda fəaliyyət göstərən sənaye müəssisələrində, ticarət, ictimai iaşə xidmət sahələrində çalışır.
Ağcabədi rayonu 1 şəhər, 1 qəsəbə və 39 kənd inzibati ərazi vahidindən və 44 kənddən ( Ağcabədi şəhəri , Hindarx qəsəbəsi, Avşar , Aşağı Avşar, Xocavənd , Salmanbəyli, Mehrablı, Aran, Yeni Qaradolaq, Qaradolaq, Kəbirli, Hacıbədəlli, Nəcəfqulubəyli, Şənlik, Şahmalılar, Şotlanlı,Bala Kəhrizli, Böyük Kəhrizli, Biləğan, Ağabəyli, Pərioğullar,Cəfərbəyli, Hüsülü, Rəncbərlər, Qiyaməddinli, Qaravəlli, Təzəkənd, Muğanlı, Şahsevən, Şahsevən-Təzəkənd, Köyük, Boyat, Qaraxanlı, Hacılar,Kəhrizli, Şərəfxanlı, Arasbar, Sarvanlar, Kürdlər, Minəxorlu, Yuxarı Qiyaməddinli , Sarıcalı, Taynaq, Poladlı, İmamqulubəyli, Gələbədin kəndləri ) ibarətdir.
Rayon ərazisində 216 idarə və müəssisə, 4 bank filialı, 2 rabitə müəssisəsi, 1 mehmanxana
fəaliyyət göstərir. İşçilərin sayına və ərazisinə görə ən iri müəssisə Atena MMC- dir. Bu Məhdud Məsuliyyətli cəmiyyətin 200 nəfər işçisi vardır.
Hazırda rayon üzrə məşğul əhalinin sayı 72632 nəfər, o cümlədən sənayedə çalışanların sayı 664 nəfər, kənd təsərrüfatında çalışanların sayı 32681 nəfər , tikintidə 398 nəfər, nəqliyyat və rabitədə 329 nəfər,təhsil, mədəniyyət və incəsənətdə 5351 nəfər, səhiyyə, bədən tərbiyəsi və sosial təminatda 1171 nəfər,kreditləşmə maliyyə və sığortada 134 nəfər, İdarəetmə orqanları aparatında 417 nəfər , ticarət və xidmət sahələrində 3635 nəfər, digər sahələrdə 24361 nəfərdir.
2012-ci ildə rayonda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi 261.147,6 min manat olmuşdur. Ümumi məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə 6,1 faiz, 2005-ci ilə nisbətən 4,1 dəfə çox olmuşdur. Rayon üzrə ümumi məhsul buraxılışının həcmində qeyri dövlət sektorunun xüsusi çəkisi 93,5 faiz təşkil etmişdir
İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışının həcmi 2012-ci ildə sənaye üzrə 12.946,8 min manat olmuş, 2011-ci ilə nisbətən 1,8 dəfə, 2005-ci ilə nisbətən 10,2 dəfə, kənd təsərrüfatı üzrə 85.117,4 min manat olmuş, 2011-ci ilə nisbətən 6,2 faiz, 2005-ci ilə nisbətən 81,6 faiz, tikinti üzrə 112.353,3 min manat olmuş 2011-ci ilə nisbətən 0,5 faiz, 2005-ci ilə nisbətən 34,2 dəfə, nəqliyyat üzrə 4382,0 min manat olmuş, 2011-ci ilə nisbətən 8,7 faiz, 2005-ci ilə nisbətən 2,1 dəfə, rabitə üzrə 580,3 min manat olmuş, 2011-ci ilə nisbətən 1,4 faiz, 2005-ci ilə nisbətən 2,1 dəfə, ticarət üzrə 45.767,8 min manat , 2011-ci ilə nisbətən 8,5 faiz, 2005-ci ilə nisbətən isə 4,6 dəfə cox olmuşdur.
2012-ci ildə rayonda 2742 yeni iş yeri açılmışdır ki, bunlardan da 1355-i daimi iş yeridir. Son 8 ildə rayonda 19941 yeni iş yeri açılmışdır ki, bunlardan da 8715-i daimi iş yeridir.
Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə”yə uyğun olaraq Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının 2012 – ci il tarixli, 183 saylı Sərəncamı ilə İcra Hakimiyyəti başçısı yanında Şura yaradılmış və Əsasnaməsi təsdiq edilmişdir. İcra Hakimiyyətinin Başçısı yanında Şuranın iclasları “Yerli İcra Hakimiyyəti haqqında Əsasnamə”yə uyğun olaraq ayda iki dəfədən az olmayaraq keçirilir. İcra Hakimiyyəti başçısının yanında daimi məşvərtçi orqan olan Şuranın yaradılması rayonun iqtisadi, sosial, mədəni və digər yerli məsələlərinə baxılıb müzakirə edilməsi və onların həllinə dair konkret təkliflərin hazırlanması məqsədi daşıyır. Müzakirə olunmuş məsələlər üzrə irəli sürülmüş təklif və tövsiyələr əsasında Şuranın qərarları, zəruri hallarda isə rayon İcra Hakimiyyəti başçısının sərəncamları verilir.