Adilov Zaur Adil oğlu
Qarabağ Regional Mədəniyyət İdarəsi
Baş mühasib
Adilov Zaur Adil oğlu, 1972-ci ildə Ağcabədi rayonunda anadan olub. 1979-cu ildə Ağcabədi şəhər 2 saylı tam orta məktəbin 1-ci sinfinə gedib və 1989-cu ildə həmin məktəbdən məzun olub. 1990-cı ildə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitunun daxil olmub, 1995-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının mühəndis-mexanika fakultəsini bitirib. 1996-cı ildə H.Z.Tağıyev adına Maliyyə-İqtisad Kollecinə daxil olmub, 2000-ci ildə həmin kollecin mühasibat-uçotu və audit fakultəsini bitirib. Əmək fəaliyyətinə 1995-ci ildən Ağcabədi Uşaq xəstəxanasında mexanik, 1997-1998-ci illərdə Ağcabədi Telekommunikasiya Qovşağında (TKQ) elektro-mexanik, 1998-2000-ci illərdə TKQ-nın mühasibi, 2000-2003-ci ildə TKQ-nın baş mühasibi, 2003-2006-cı ildə TKQ-nın şöbə rəisi, 2006-2016-cı illərdə Azərpoçt MMC-nin Ağcabədi Poçt Filialının baş mühasibi-rəisi, 2016-cı ildən 2018-ci ilə kimi Ağcabədi Poçt Filialının rəisi, 2018-ci ildən “ZA Counsoulting” şirkətinin direktoru, 2018-ci ildə 2019-cu ilə kimi “OLERNİ LTD” MMC-nin direktor müavini, 2020-ci ildən 2021-ci ilə kimi 8 saylı Gəncə Regional Ərazi Maliyyə hesablaşma idarəsinin mühasibi vəzifələrində çalışıb. 2021-ci ilin noyabr ayından Ağcabədi Regional Mədəniyyət İdarəsinin baş mühasib vəzifəsinə təyin edilib. 2023-cü ilin iyulundan Qarabağ Regional Mədəniyyət İdarəsinin baş mühasib vəzifəsində çalışır. 1996-cı ildən YAP ilk təşkilatının üzvü, ehtiyyatda olan zabitdir. Ailəlidir, 2 övladı var.
Telefon: 0212755153
Faks: 0212755154
Qəbul günləri: Həftənin 3-cü günü saat 09:00-13:00 14:00-18:00