26.04.2024
26 aprel 2024-cü il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Ağdam Rayon Mədəniyyət Mərkəzi, Quzanlı qəsəbə Mədəniyyət evi və Şıxbabalı kənd klubunun birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq, akademik-alim Zərifə xanım Əliyevanın anadan olmasının 101-ci ildönümü münasibətilə “Gözlərə nur verən əllər” adlı tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Zərifə xanım Əliyevanın və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Sonra Qarabağ Regional Mədəniyyət İdarəsinin Ağdam rayon üzrə nümayəndəsi çıxış edərək akademik Zərifə xanım Əliyevanın həyat yolu haqqında məlumat verib.
Daha sonra Ağdam rayon Qiyaslı kənd uşaq musiqi məktəbinin "Qarabağ Təranələri" ansamblı çıxış edib, uşaqların ifasında rəqs nömrələri nümayiş etdirilib və Zərifə xanıma həsr olunmuş şeirlər səsləndirilib. Tədbirin sonunda Zərifə xanım Əliyeva haqqında sənədli film izlənilib.